ADAMA DIRMAŞMAQ
ADAMLIQDAN ÇIXMAQ
OBASTAN VİKİ
Tez gəl (mahnı)
Gəl-Gör-Get qalası
İbn Ərəbşahın yazdığına görə 28 iyul 1402 tarixdə vaqe olmuş məşhur Ankara döyüşündən Qarabağa geri dönən Əmir Teymur Gürcüstandan keçərkən yolüstü 2 gürcü istehkamını bir müddət mühasirədə saxlamış və son nəhayətdə onları ələ keçirmişdir; bunlardan biri "Mağaralıq" deyilən yer, digəri isə "Gəl-Gör-Get" qalası idi və onlar "Gürcüstan qalaları arasında iki göz kimi idilər". Ehtimal etmək mümkündür ki həmin "Gəl-Gör-Get" qalası indi xarabalığı Şəki rayonunun Kiş kəndindən 1 km şimalda olan "Gələrsən-Görərsən qalası"dır. Qalanın İbn Ərəbşah tərəfindən edilmiş təsviri də məhz, "Gələrsən-Görərsən qalası"na uyğun gəlməkdədir. O ki qaldı "Gəl-Gör-Get" qalasının gürcü istehkamı hesab edilməsinə, nəzərə alınmalıdır ki, sonda müəllif həm də Şirvanşah Şeyx İbrahimin dili ilə qeyd etmişdir ki, həmin qalaların xaçpərəst müdafiəçiləri heç də gürcü yox, əslində "tatar" imişlər! Deməli, bu istehkamların müdafiəçiləri xristian-provoslav məzhəbli "tatar"lar olduğuna görə, müdafiəçilər gürcü, istahkamlar isə "Gürcüstan qüllələri" hesab edilmişdir. == İstinadlar == == Xarici keçidlər == Aydın Məmmədov.
Gəl-i Espid (Sərdəşt)
Gəl-i Espid (fars. گلاسپيد‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 49 nəfər yaşayır (7 ailə).
Gəl bir olaq (film, 2000)
"Gəl bir olaq" filmi — Udayaşankarın ssenaristi və rejissoru olduğu 2000-ci il Hindistan (teluqu) dram və sevgi filmidir. == Məzmun == Bax: Romeo və Cülyetta Raqaviya və Ram Mohan Rao dostdurlar. Lakin, kiçik bir səbəb üzündən Raqaviya ilə Ram Mohan Rao dalaşırlar. İllər ötür. Raqaviyanın 60 yaşı var və 60 yaşı üçün də Bombeydə olan gəlini və nəvələrini çağırmaq qərarına gəlir. Raqhu Raqaviyanın istəkli nəvəsidir. Bombeydən Ramapurama gəldikdən sonra Raqaviya ailəsinin üzvlərindən xəcalət çəkir. Raqhu burada dostdan düşmənə çevrilmiş ailənin üzvü Manqanı görür və ona aşiq olur. Tezliklə, Manqa da Raqhuya aşiq olur. Ancaq heç vaxt bir-birlərinə sevgilərini etiraf etmirlər.
Gəl qohum olaq (film, 2001)
== Məzmun == Qarakişi (Rafael İsgəndərov) ilə Minayə (İlahə Səfərova) bir-birini sevirlər. Lakin Minayənin bacısı əri Ədalət (Valeh Kərimov) onların evlənmələrinə qarşıdır. Bundan çıxış yolu tapmaq üçün və Ədaləti razı salmaq üçün Qarakişi bir kələk işlədir və bu minvalla arzusuna çatır.
Gəl təzədən evlənək (film, 2012)
== Məzmun == Teymur və Xırda xanım ər-arvaddırlar.Onlar hər axşam evlərində teletoy evlilik proqramına baxırlar.Və bir gün Teymur Xırdaxanıma deyir ki, gəl biz yenidən evlənək.Sən get o verlişə guya kimsəsizsən və sənə yazıqları gəlib cehiz, pul versinlər məndə zəng edib sənə talib çıxım.Xırdaxanım verlişə gedir və zəng gəlir verlişdə Xırdaxanım zəng edən adamı Teymur bilib ona hə deyir və bütün macəralarda bundan sonra başlayır.
Gəl rəqs edək (film, 2004)
Gəl rəqs edək (ing. Shall We Dance? ) — rejissor Piter Çelsom tərəfindən çəkilmiş və baş rollarında Riçard Gir, Cennifer Lopez və Syuzan Sarandonun iştirak etdiyi romantik komediya filmidir. Film eyni adlı orijinal yapon filminin remeykidir. 1996-cı ildə çəkilmiş olan bu filmdə Koji Yakuse cənab Suqiyama rolunu ifa etmişdir.
Adama Berrou
Adama Berrou (ing. Adama Barrow; 15 fevral 1965, Mansadjanq-Kunda[d], Qambiya Koloniyası və Protektoratı[d]) — Qambiya siyasətçisi və 2017-ci ildən etibarən Qambiya Prezidenti. Basse Santa Su yaxınlığındakı Mansadjanq-Kunda kəndində anadan olub, Xərçəng Adası Orta Məktəbi və Müsəlman Liseyində oxuyub, iikincisində təqaüd qazanıb. Daha sonra Qambiya enerji şirkəti "Alhagie Musa Njie & Sons"-da çalışdı və satış meneceri oldu. 2000-ci illərin əvvəllərində Londona köçən Berrou daşınmaz əmlak sahəsində təhsil aldı və eyni zamanda mühafizəçi olaraq çalışdı. 2006-cı ildə Qambiyaya qayıtdıqdan sonra Majum Daşınmaz Əmlak Şirkətini qurdu və 2016-cı ilə qədər baş direktor oldu. O, müxalifət partiyası olan Birləşmiş Demokrat Partiyasının xəzinədarı seçildi və öncəki sədr həbs edildikdən sonra 2016-cı ilin sentyabrında onun yerinə keçdi. Berrou daha sonra 2016-cı il prezident seçkilərində BDP namizədi olaraq seçildi. Daha sonra 2016-cı il müxalif qrup koalisiya dəstəyi ilə müstəqil olaraq qalacağı açıqlandı. Berrou 2016-cı il prezident seçkilərində 43,34% səslə uzun müddət vəzifədə olan Yəhya Cammehi məğlub edərək qalib gəldi.
Adama Diakabi
Adama Salimi Diakabi (fr. Adama Diakhaby; 5 iyul 1996, Ayaçço) — Türkiyənin "Bandırmaspor" klubunda vinqer kimi çıxış edən Seneqal əsilli fransalı futbolçu. Fransa gənclər milli komandasının üzvü olub. == Karyerası == Fransanın Ayaçço şəhərində doğulan Adama Diakabi "Kann" futbol klubunun yetirməsidir. 2013-cü ildə o, "Kann" klubunun ikinci komandasına dəvət edilir. 24 avqust 2013-cü ildə "Kale" klubu ilə oyunda "Kann" klubunun ikinci komandasında debüt edir. 8 noyabr 2015-ci ildə Diakabinin "Renn" klubu ilə bir illik müqavilə imzalayır və 2015–16 mövsümünün qalan hissəsini "Renn" klubunun ikinci heyətində keçirir. 2017-ci ilin yay transfer pəncərəsi ərzində "Monako" klubu "PSJ" klubuna gedən Kilian Mbappeni əvəzləmək üçun Diakabini 10 milyon avroya transfer edir.2017–18 mövsümundə "Monako"nun heyətində ümumilikdə 30 oyunda meydana çıxır və 3 qol vurur. 20 iyul 2018-ci ildə Diakabi, İngiltərə Premyer Liqası klubu "Haddersfild Taun"a taransfer olur və bir il də artırılma şərti ilə üç illik müqavilə imzalayır. 13 yanvar 2023-cü il tarixində "Qarabağ" klubu ilə 30 iyun 2025-ci il tarixinə kimi müqavilə imzalayır.